İlk ABŞ-Azərbaycan İqtisadi Dialoqu Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq baş tutacaq. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən birgə təşkil edilir. Bu barədə “Report” ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Dialoqun məqsədi regional bağlantılılıq, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığı genişləndirməkdir.
Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Bu sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması gözlənilir.
https://report.az/energetika/bakida-ilk-defe-abs-azerbaycan-iqtisadi-dialoqu-kecirilecek